Əzəli rəqibin geyiminə görə işdən qovuldu

“Mançester Siti” “Mançester Yunayted”lə derbi günü “qırmızı şeytanlar”ın geyimi ilə işə gələn klubun əməkdaşını işdən çıxarıb.

Allsport.az xəbər verir ki, azarkeşlər klubun bar işçilərinin birinin əzəli rəqiblərinə məxsus formada onlara xidmət etdiyini görüblər. Şəkil internetdə sürətlə yayıldı və matçdan bir gün sonra “şəhərlilər”in rəhbərliyi hərəkətə keçərək barmeni işdən çıxardı.

Klubun bəyanatında deyilir:

“Bu barədə bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Təsdiq edə bilərik ki, bu şəxs hazırda tutduğu vəzifədən kənarlaşdırılıb”.

Derbi “Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan