- Baxış sayı: 12
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Fələstin millisi noyabrın 15-də Basklar ölkəsi (İspaniyanın muxtar icması) ilə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, oyun Bilbaoda baş tutacaq.
Görüş Qəzza zolağında münaqişə qurbanlarının xatirəsinə həsr olunacaq.
Bask ölkəsi futbol federasiyası FİFA tərəfindən tanınmır. Fələstin millisi təşkilatın reytinq cədvəlində 99-cu pillədə qərarlaşıb.
Bundan əvvəl İspaniya hökumətinin sözçüsü və təhsil və idman naziri Pilar Aleqryia bəyan etmişdi ki, Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrail komandaları beynəlxalq turnirlərdən kənarlaşdırılmalıdır. Baş nazir Pedro Sançes də qadağanın tətbiq edilməsinə razılıq verib.