“Fənərbağça” ulduz oyunçunu istəyir

“Fənərbağşa” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi “İnter”dən Davide Frattezini heyətinə qatmağa çalışacaq.

“Fənərbağça” 26 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Frattezi 2023-cü ildən “İnter”in şərəfini qoruyur. O, cari mövsüm ərzində 14 oyunda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan