- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Sentyabrın 6-da “Xilasedici” idman-sağlamlıq klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib. Allsport.az saytı xəbər verir ki, Turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.
Yarışın açılış mərasimində Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu, Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış ediblər. Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Yarışın bədii hissəsində ATF-in nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng proqramı nümayiş etdiriblər.
Daha sonra final qarşılaşmalarına start verilib. Ümumi komanda hesabında “Fərasət” TK komandası 1-ci olub. “Absheron-Xızı” və “Qafqaz” TK komandaları müvafiq olaraq 2-ci və 3-cü yer tutublar.