- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin 19 yaşadək futbolçuları gənclər liqasının çempionlar yolunun 1-ci mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, qonaqların 2:1 qələbəsi ilə başa çatan görüşdən sonra, baş məşqçimiz Zaur Hacıyev mətbuat konfransında açıqlama verib:
“Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesablı oyunda dönüş yaratmaq istəyirdik. Daha çox hücumlara atılmalı, qol vurmalı idik. Bu, oyunun əvvəlində reallaşmasa da, qarşılaşmanın gedişində üstünlüyü ələ aldıq. Komandadan razıyam. Verilən tapşırıqları yerinə yetirdilər. Amma bir top fərqi ilə öndə olanda iki qol buraxmağımız sevindirici hal deyil.
Düşünürəm ki, futboldur, səhvlər oyunudur. Fərdi səhvlərdən qollar buraxdıq. Amma komanda olaraq yaxşı mübarizə apardıq. İnanıram ki, bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var. Bu da sevindirici haldır”.