- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
«Məşqlərimiz yaxşı gedir. Olimpiya heyəti var gücü ilə «dördilliy»in ən böyük idman yarışına hazırlaşır». Bunu allsport.az saytına açıqlamasında millimizin taekvondoçusu Fəridə Əzizova (67 kq) deyib. Dünya və Avropa çempionatlarının bürünc mükafatçısının sözünə görə, hazırda yüngül zədəlidir və onu tezliklə sağaldıb tam şəkildə məşqlərini davam etdirəcək:
«Bir dəfə olimpiya oyunlarının iştirakçısı olmuşam. Demək, təcrübəm var. Rio-2016-da daha irəli getməliyəm. İnşallah, sonda hər şey yaxşı bitər».
Qeyd edək ki, bu idman növundə ilk dəfə olimpiadada tam heyətdə təmsil olunacağıq. Sözü gedən dayanq ustasında savayı, Milad Hərçaqani (80) Radik İsayev (+80) və Patimat Abakarova (49 kq) Braziliyaya yollanmaq hüququ qazanıblar.