- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Qarşıda 2 gün var, yaxşı hazırlaşıb yarımfinalda da qalib gəlmək istəyirik». Bunu allsport.az saytına milli kişi voleybol komandasının baş məşqçisi Fərid Calalov dedi. Mütəxəssisin bildirdiyinə görə, Bakı-2017-dən sonra da yığmamızı ciddi sınaq gözləyir:
«İslam oyunlarından sonra Fransaya yollanacağıq. Artıq biletlerimiz də alınıb. Avropa çempionatının ilk təsnifat mərhələsində bizi gərgin oyunlar gözləyir. Bu yarışda olduğu kimi, səfərdə də qarşımızı hansısa məqsəd qoyulmayıb. Amma idmanda məqsəd daim yüksək yerlər olmalıdır. Bunun üçün, orada mərhələ adlamağa çalışacağıq.
Bakı-2017-dən öncə İsrail və Sloveniyada təlim-məşqlərimiz oldu, 9 matç keçirdik. Bu, bizim görüş təcrübəmizin artmasına kömək oldu. İslam oyunlarında da təcrübə yığacağıq».