Fərid Mansurov: Olimpiadanın təxirə salınması ilə bağlı bizə rəsmi məlumat verilməyib

“Tokio-2020-nin ləğv olunması olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa təşkilat tomitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib”.

Allsport.az saytı xəbər verir ki, bunu Tokioda olan Azərbaycan millisinin rəhbəri Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib. O, İdmançılar kəndində həyatın normal məcrada davam etdiyini qeyd edib:

“Azərbaycanın olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə, əhval-ruhiyyə və sağlamlıq durumu qənaətbəxşdir”.

Olimpiya oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək və avqustun 8-də yekun vurulacaq. Paralimpiada avqustun 24-dən sentyabrın 5-dək olacaq.

Həmin kateqoriyadan