- Baxış sayı: 55
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0
U-21 millisinin futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın “B” komandası Çex respublikasının gənclər liqasının 14-cü turunda “Viktoiya”nın qonağı olub.
Allsport.az xəbər verir ki, qarşılaşma Plzen klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
90 dəqiqə oynayan Fərid uduzduqları matçın 32-ci dəqiqəsində fərqlənib. Nəbiyev bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.
“Slaviya” 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.