Fərid Qayıbov Antonio Silvanı qəbul etdi

Sentyabrın 22-də gənclər və idman naziri Fərid Qayıbov Avropa su idmanı federasiyasının prezidenti Antonio Silvanı qəbul edib.

Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir bu gün Avropa su idmanı federasiyası, Azərbaycan üzgüçülük federasiyası, Azərbaycan tibb universiteti və Azərbaycan idman akademiyası arasında imzalanan memorandumun su idman növlərinin inkişafına dəstək olacağına əminliyini ifadə edib. Görüşdə Avropa su idmanı federasiyası ilə əməkdaşlıq perspektivləri, üzgüçülük idmanının inkişafı və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və federasiyanın baş katibi Oqtay Atayev iştirak ediblər.

Həmin kateqoriyadan