Fərid Qayıbov Bərdə və Yevlaxda

Gənclər və idman naziri Fərid Qayıbov avqustun 1-də Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə olimpiya idman kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.

Allsport.az xəbər verir ki, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra Fərid Qayıbov Yevlax şəhərində inşası davam edən olimpiya idman kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.

Bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB oyunları çərçivəsində boks yarışları Yevlax olimpiya idman kompleksində təşkil olunacaq.

Həmin kateqoriyadan