- Baxış sayı: 147
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Bu gün gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan badminton federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, komanda üzvləri ilə görüşən nazir, onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.
ABF-in baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın vitse-prezidenti Balakişi Qasımov və Mirzə Orucov, millinin baş məşqçisi Murtuza Validarvi iştirak ediblər.
