Fərid Qayıbov beynəlxalq forumda çıxış edib, panel iclasda müzakirəyə qatılıb

YUNESKO-nun təşkilatçılığı ilə Fransanın paytaxtında idman nazirlərinin “Oyunları dəyişdirin” (“Change the Games”) beynəlxalq forumu keçirilib. Allsport.az saytı xəbər verir ki, Paris-2024 ərəfəsində baş tutan tədbirdə proqram üzrə müxtəlif məsələlər müzakirə olunub. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. O, Azərbaycanın YUNESKO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Fərid Qayıbov, forum çərçivəsində qurumun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çilinin idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəqliyyat və meteorologiya naziri, Tanzaniya Birləşmiş Respublikasının nazirlər kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri, Samoanın idman və istirahət naziri və Kosta-Rikanın idman naziri ilə ikitərəfli görüşlər keçirib.

Həmin kateqoriyadan