- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 155
- Dekabr 18, 2024
- 0
Mayın 31-də gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Allsport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, hər ay keçirilən görüş bu dəfə milli gimnastika arenasında təşkil edilib.
Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Nazir Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar.
Tədbirdə ağırlıqqaldırma, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboks, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.