Fərid Qayıbov: Biz cüdoçulardan bu uğurun davamını növbəti olimpiadada da gözləyirik

Bu gün “Mingəçevir reqatası” çərçivəsində Qarabağda ilk dəfə Füzulidə Aşağı Köndələnçay su anbarında beynəlxalq yarışın rəsmi açılışı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov açıqlama verdi:

“Biz federasiyalarla sıx işləyirik. İki aydan bir görüşürlər keçirir, bərabər çalışırıq. Hər federasiyanın Paris-2024 yay olimpiya oyunları üçün məqsədi vardı.

Cüdoçularımız həqiqətən də bu dəfə uğurlu çıxış etdilər. Biz onlardan bunun davamını gözləyirik. İnanıram ki, Los Anceles-2028-də medallarımızın sayı çoxalacaq”.

Həmin kateqoriyadan