Fərid Qayıbov mərakeşli gənclərlə görüşüb

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Mərakeş gənclər nümayəndə heyətini qəbul edib.

Allsport.az xəbər verir ki, görüş zamanı nazir mərakeşli gənclərin suallarını cavablandırıb, onların səfər təəssüratlarını dinləyib. Qonaqlara ölkəmizdə həyata keçirilən layihələr və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Gənclər və idman nazirliyinin gənclər sahəsində növbəti beynəlxalq mübadilə proqramıdır. Proqram çərçivəsində avqustun 15-dən 25-dək Mərakeşin gənclərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Qonaqlar Bakı şəhərinin, eləcə də 2025-ci ilin “Gənclər paytaxtı” Sumqayıtın tarixi və mədəni məkanları ilə tanış olub, bir sıra görüşlər keçiriblər, həmçinin ölkəmizin gənclər evləri və idman qurğuları barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində qonaqlar 2024-cü ilin “Gənclər paytaxtı” olmuş Lənkəran şəhərinə də yollanacaqlar.

Həmin kateqoriyadan