- Baxış sayı: 57
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov MMA idmançıları Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib. Nazir idmançılarımızın beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlığı prosesi ilə maraqlanıb.
Görüşdə idmançıların təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiəsi aparılıb. Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən məşqçi Ruslan Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.