- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov Rusiya federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya informasiya və mədəniyyət mərkəzinin direktoru İrek Zinnurov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, 3-cü katib Ono Taiçi və səfirliyin əməkdaşı Aysel Məmmədli ilə görüşüb.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyində keçirilən görüşlərdə həm Rusiya, həm də Yaponiya ilə ikitərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşlər zamanı Yaponiyanın paytaxtı Tokioda keçirilən yay olimpiya oyunlarında və Rusiyanın Qazan şəhərində təşkil edilmiş 1-ci MDB oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə danışan nazir Fərid Qayıbov hər iki yarışın yüksək səviyyədə təşkil olunmasını vurğulayıb.