- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyasına (COP10) sədr seçilib.
Allsport.az xəbər verir ki, bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb. Tədbirin ilk hissəsində Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.
Nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 9-cu sessiyasının (COP9) sədr müavini seçilmişdi.