Fərid Qayıbov tələbələri ruhlandırmağa davam edir

Aprelin 19-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan dövlət pedaqoji universitetinin Quba filialında tələbə-gənclərlə görüşüb.

Allsport.az xəbər verir ki, əvvəlcə gənclər və idman naziri filialın idman meydançasında tələbələrin futbol yarışını izləyib, sonra universitetin auditoriyasında ingilis dili dərsinə qonaq olub, tələbələrlə söhbət edib.

Ali təhsil ocağının akt zalında keçirilən görüşdə gəncləri dinləyən nazir onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Sonda çıxış edən filialın direktoru Yusif Əliyev dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün kollektiv adından nazir Fərid Qayıbova minnətdarlığını bildirib.

Həmin kateqoriyadan