- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 256
- Mart 05, 2026
- 0

“”Qarabağ” klubunun yanında yerləşən əraziyə yenə iddialıyıq. Əgər onu bizə versələr, orada gözəl futbol məktəbi inşa edə bilərik”. Allsport.az saytı xəbər verir ki, bunu Ağdam klubunun prezidenti Tahir Gözəl mətbuatla qeyri-rəsmi görüşdə bildirdi. Onun sözünə görə, bu məsələdə ona gənclər və idman naziri dəstək verib:
“Bakı ətrafında bir neçə əraziyə baxmışıq. Amma hər şey bizim istəyimizlə deyil. Fərid Qayıbova müraciət etdik. Sağ olsun, o da çox çalışdı, lakin Suraxanıda yerləşən idman qurğusuna sahiblənmək mmükün olmadı. Ümidimizi itirməmişik. Ola bilsin gələcəkdə Ağdamda da akademiyamız olsun. Ancaq indi imkan paytaxtdadır”.