- Baxış sayı: 62
- 23 Aprel 2025 23:44
- Baxış sayı: 74
- Aprel 25, 2025
- 0
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay olimpiya və 15-ci Paralimpiya oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Allsport.az saytı xəbər verir ki, sərəncamlara əsasən, 1-ci yeri tutan hər bir olimpiyaçıya 400 min, onun məşqçisinə 200 min manat mükafat veriləcək. Rio-2016-da 2-ci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min, 3-cü teri tutanlara 100 min, onun məşqçisi isə 50 min manat mükafat nəzərdə tutulub.
Bundan başqa, paralimpiyadada ilk yerin sahibinə 200 min, onun məşqçisinə 100 min, 2-ci yeri tutana 100 min, onun məşqçisi 50 min, 3-cü sıranı tutan hər bir paralimpiyaçıya 50 min, onun məşqçisinə 25 min manat mükafat veriləcək.