F-1 komandasının düşərgəsinə basqın

Formula-1 komandası olan “Alpin”in düşərgəsinə iki naməlum şəxs daxil olub. Allsport.az xəbər verir ki, hadisənin əsas səbəbi oğurluq deyil, casusluq ola biləcəyi güman edilir.

Bildirilir ki, bir neçə qapı sındırılıb və otaqlar diqqətlə nəzərdən keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, oğrular binada yaxşı oriyentasiya sahibi olublar.

Aşkarlanmış sındırma izlərinə baxmayaraq, hadisə yerində heç bir əmlak, sənəd və ya avadanlığın itməsi müəyyən edilməyib.

Komandadakı mənbələr təsdiqləyiblər ki, qalmaqal zamanı ofislərdə heç bir əməkdaş olmayıb və komandaya heç bir ziyan dəyməyib.

Həmin kateqoriyadan