- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev hazırkı durumundan danışıb. Allsport.az saytı xəbər verir ki, məşhur mütəxəssis Maribordakı hazırlığın və yoxlama oyunlarının komandaya böyük faydası olduğunu deyib:
“Sloveniyada uzun müddət təlim-məşq toplanışı keçdik. Komandamızda bəzi zədəli oyunçular vardı. Onların formaya düşməsi üçün xüsusi proqram tərtib etdik. Bizim üçün çox böyük məsuliyyətdir ki, Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz də yaxşı nəticə əldə etməyə çalışacağıq. Qarşıda komandamızı yoxlama matçları gözləyir. Komandanın yaxşı nəticə qazanması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Avro-2017 Azərbaycan və Gürcüstanda təşkil olunacaq. “A” qrupunda yer alan millimiz Polşa, Almaniya və Macarıstanla qarşılaşacaq.