- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Çətin oyun oldu. Rəqibin gücünü bilirdi. Niderland yığması indi yaxşı heyətə malikdir, Rio olimpiadasında 4-cü yeri tutub. Biz İslam oyunlarında qalib olduq, amma orada rəqiblər elə də güclü deyildi. Tək Türkiyə komandası ilə gərgin mübarizə getdi. Öz qrupumuzda birinci yerlə dünya çempionatının finalına çıxmağımız böyük uğurdur». Allsport.az saytı xəbər verir ki, bunu Bakı idman sarayında jurnalistlərə qadın voleybol millimizin baş məşqçisi Faiq Qarayev dedi. Mütəxəssisin sözünə görə, indi hədəf həlledici mərhələdir:
«Rəqibə 3:0 hesabı ilə qalib gəlməyimiz məni çox qane etdi. İndi Avropada gərgin oyunlar gedir. İstəməzdim ki, pley-offa qalaq. Bundan birbaşa finala adlamaq qürurvericidir. Qızların hamısından razı qaldım. Komandamız tarixində 4-cü dəfə bu sevinci yaşayır. Ötən ildən bu yana millimiz bir rəsmi görüşdə uduzmayıb. Fikrimcə, bu dəfə daha irəli getməliyik: dunya çempionatında medallar uğrunda mübarizə aparmalıyıq. Payızda Azərbaycandan keçiriləcək Avropa çempionatı bizə əlavə təkan verəcək».