- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün “Naxçıvan – Həyat Reces” mehmanxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində voleybol üzrə yüksək liqanın və ölkə kubokunun püşkatması keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə AVF-in vitse-prezidenti Faiq Qarayev çıxış etdi.
“Mənim barəmdə xoş sözlər danışıldı. Təşəkkür edirəm. Amma nə olubsa, bu keçmişdə qalıb. Artıq gələcəyə baxmaq lazımdır. Milli komandanı gücləndirmək üçün yerli voleybolçular xaricdə deyil, ölkə çempionatında çıxış etməlidirlər. Federasiyanın yeni rəhbərliyi ötən bir ildə çox iş görüb. Ən əsası, bölgələrdə uşaq voleybolunun yaradılması və inkişaf etdirilməsidir”.
Məşhur mütəxəssis, keçən mövsüm himayədarların öhdəliklərini yerinə yetirməməsi səbəbindən fəaliyyətini dayandıran kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klublarının gələcəyinə də aydınlıq gətirdi:
“Elə dövr olub ki, komandalarımız avrokuboklarda uğurlu çıxış edib, ölkə çempionatında gərgin rəqabət olub. Nə qədər çox klub olsa, bir o qədər inkişaf olar. “Xarı Bülbül Şuşa” da bizimdir. Yaxşı olardı ki, bu komanda yenidən mübarizəyə qoşulsun. “Xarı Bülbül”ün ölkə voleyboluna töhfəsi olub. Onun üzvü indi MOİK-ə baş məşqçi təyin edilib”.
O, kənarda qalan yerli məşqçilərin durumu barədə də danışdı: “Ziya Rəcəbovu yeniyetməliyindən tanıyıram. Həmişə yanımda olub. Bir müddət İndoneziyada işlədi, orada öz sözünü dedi. Yaxşı məşqçidir. Əlbəttə, o da qayıtmalıdır”.