Famil Xəlilov: Mərhələ keçmək üçün oyuna yaxşı köklənmişik

Sabah “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası gənclər liqasında mübarizəyə başlayacaq. Allsport.az saytı xəbər verir ki, çempionlar yolunda çıxış edəcək “qırmızı-qaralar” 1-ci mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun Nikosiyanın “Makarion” stadionunda baş tutacaq. Sentyabrın 30-da Kiprə yollanan Famil Xəlilovun komandası bu gün hazırlığı yekunlaşdırıb. Son məşq görüşün keçiriləcəyi stadionda gerçəkləşdirib. Baş məşqçimiz səfər matçı öncəsi fikrini açıqlayıb:

“APOEL müəyyən təcrübəyə malik komandadır. Rəqibi təhlil edib, müəyyəm gedişlər etmişik. Kipr tklubu bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidir. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Famil Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki ilk matça istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdur. Gənclər liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdır. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.

Həmin kateqoriyadan