- Baxış sayı: 10
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gənclər liqasının çempionlar yolunun ilk oyunları çərçivəsində APOEL (Kipr) – “Qəbələ” matçından (1:1) sonra baş məşqçimiz Famil Xəlilov açıqlama verib. Allsport.az saytı sizi mütəxəssisin fikri ilə tanış edir:
“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib.
Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mübarizəyə görə komandanı təbrik edirəm”.