- Baxış sayı: 12
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Atalanta” ilə səfər matçında əldə edilən 1:1 hesablı heç-heçə barədə danışıb.
Allsport.az xəbər verir ki, mütəxəssis oyun sonrası fikrini bölüşərkən bunları deyib:
“Bir neçə oyunçumuz əskik idi, amma komanda yaxşı oynadı. Birinci hissədə qol vurduqdan sonra müdafiə olunmalı olduq, çünki çoxlu texniki səhvlərə yol verirdik.
Fasilədən sonra daha yaxşı oynamağa başladıq, qol imkanları yaratdıq, lakin hücumun üçüncü hissəsində səhv qərarlar qəbul edirdik. Məhz bu komponentdə irəliləməliyik, komanda etdiklərinə daha çox inanmalıdır”.