- Baxış sayı: 35
- 01 Aprel 2025 22:04
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Paris yay olimpiya oyunlarında bu gün mübarizəyə ilk olaraq badmintonçumuz Fatimə Zəhra qoşulub.
Allsport.az saytı xəbər verir ki, “N” qrupunun ilk matçında çinli Binq Jiao He ilə qarşılaşan İndoneziya əsilli idmançımız rəqibinə müqavimət göstərə bilməyib – 0:2. Tokio-2020-nin yarımfinalçısı və 2-qat dünya mükafatçısı 21:8 və 21:7 hesablı qələbə qazanıb.
Badmintonçumuz qrupda növbəti görüşünü 29 iyulda Böyük Britaniyadan olan Kirsti Gilmura qarşı keçirəcək. 3 idmançının yer aldığı qrupdan yalnız ilk pillənin sahibi növbəti mərhələyə adlayacaq.