- Baxış sayı: 49
- 06 Mart 2026 18:28
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

“İdman həftəsi”nin 5-ci günü idman federasiyalarının əməkdaşları arasında keçirilən boulinq yarışı ilə yekunlaşıb.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi tərəfindən baş tutan tədbirdə 17 federasiyadan 58 nəfər iştirak edib.
“Gənclik mall”da təşkil olunan yarışda qadınlar arasında Emiliya Mitrinova (Azərbaycan karate federasiya) birinci olub. Nərmin Sidaliyeva (Azərbaycan futbol federasiyaları assosiasiyası) ikinci, Lamiyə Hüseyn (Azərbaycan tennis federasiyası) üçüncü yerdə qərarlaşıblar. Kişilər arasında Ədalət Məmmədov (Azərbaycan bilyard federasiyası), Eduard Məmmədov (Azərbaycan kikboksinq federasiyası), Yusif Əliyev (Azərbaycan milli idman növləri assosiasiyası) ilk üçlükdə yer alıblar.