- Baxış sayı: 100
- 17 Oktyabr 2024 15:44
- Baxış sayı: 78
- Oktyabr 17, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 15-də federasiya nümayəndələri ilə 12-ci görüşünü 2024-cü ilin “İdman paytaxtı” Qubada keçirib. Allsport.az saytı xəbər verir ki, olimpiya idman kompleksində son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verilib.
Gündəliyə əsasən, Paris-2024-ə hazırlıq, 2024-2025-ci illər üçün inkişaf proqramı və digər məsələlər müzakirə olunub. Həmçinin texniki reqlamentlə bağlı təkliflər, beynəlxalq yarışların keçirilməsi ilə bağlı prosedur qaydaları, federasiyaların meyarlara uyğun qiymətləndirilməsi barədə məlumat verilib. 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB oyunlarına hazırlıq məsələləri də müzakirə olunub.
Görüşdə həmçinin federasiyaların sosial mediada aktivliyi barədə hesabat verilib, nazirliyin rəsmi saytının yenilənmiş versiyası təqdim olunub, idman səfirinin seçilməsi haqqında əsasnamə və digər məsələlər barədə danışılıb.
Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.