Ferqüson Nurməhəmmədovla döyüşmək istəyir

Toni Ferqüson Ağ Evdə keçiriləcək UFC turnirində Həbib Nurməhəmmədovla döyüşmək istəyir.

Allsport.az xəbər veri ki, o, bu barədə açıqlamasında deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp gələn ilin iyulunda – ABŞ-nin müstəqillik bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümündə UFC turnirini öz iqamətgahında keçirməyə hazır olduğunu bildirmişdi.

“Ağ Evdə Həbiblə döyüşərdim. Və əminəm ki, hamı bizim döyüşməyimizi istəyəcək. Onun atası bizim qarşılaşmalı olduğumuzu hər zaman deyirdi. Ümid edirəm ki, gec-tez görüşəcəyik”, – deyə Toni bildirib.

Toni Ferqüson və Həbib Nurməhəmmədov arasında döyüş 5 dəfə planlaşdırılsa da, hər dəfə müxtəlif səbəblərdən ləğv olunub.

Həmin kateqoriyadan