Ferstappen ən yaxşıların adını açıqladı

“Red Bull”un pilotu Maks Ferstappen Formula-1 tarixinin ən yaxşı beş sürücüsünün adını açıqlayıb.

Allsport.az xəbər verir ki, onun ən yaxşı beş pilotu arasında yeddiqat çempion Lüis Həmilton (“Ferrari”) və Mixael Şumaxer, beş dəfə titul qazanan Xuan Manuel Fangio, üçqat çempion Ayrton Senna və ikiqat çempion Fernando Alonso (“Aston Martin”) yer alır.

Ferstappen 2015-ci ildən Formula-1-də yarışır. O, karyerasına “Toro Rosso” ilə başlayıb və 2016-cı ildə “Red Bull”a keçib. Orada olduğu müddətdə dörd dünya çempionluğu əldə edib.

Həmin kateqoriyadan