“Ferstappenin narazı olduğunu bilirik”

“Red Bull”un idman məsləhətçisi Helmut Marko açıqlama verib.

Allsport.az xəbər verir ki, o, Liam Lousonun Yuki Tsunodanın əvəzlənməsi və Maks Ferstappenin buna reaksiyası haqda danışıb:

“Maksın narazı olduğunu bilirik. Amma bizə öndə olan iki bolid lazımdır. Təkcə mühəndislər kuboku uğrunda mübarizə aparmaq üçün yox, həm də Maksın beşinci dünya çempionatını qazanmasına kömək etmək üçün. Tsunodanın təcrübəsindən istifadə edə bilərik. Bu, həm də Maksın xeyrinə olacaq”.

Həmin kateqoriyadan

azenrutr