FHN komandası turnirinin qalibi olub

Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.

2022-ci ilin noyabrından start götürmüş turnirdə 52 dövlət qurumu təmsil olunub.

Bakı tennis akademiyasında əvvəlcə üçüncü yer uğrunda qarşılaşma keçirilib.

SOCAR dövlət gömrük komitəsinin komandasına 1:0 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb.

Final oyununda DTX və FHN-nin qarşılaşması daha gərgin idman mübarizəsində keçib.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 0:0.

Penaltilər seriyasında daha dəqiq olan (8:7) FHN komandası DTX komandasına qalib gəlib.

Beləliklə, yarışın qalibi FHN komandası olub.

İkinci və üçüncü yerlərə müvafiq olaraq DTX və SOCAR layiq görülüblər.

Dövlət gömrük komitəsinin komandası isə yarışı dördüncü pillədə başa vurub.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (FHN, 33 qol), ən yaxşı qapıçısı isə Yəhya Nağıyev (FHN) seçiliblər. Yarışın “Fair play” mükafatı isə xarici işlər nazirliyinin komandasına təqdim olunub.

Qaliblərə mükafatları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, DTX-nin rəisi Əli Nağıyev, KOBİA idarə heyətinin sədri, minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, Azərbaycan kanoe və avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədov, dünya minifutbol federasiyasının prezidenti Filip Cudo, AFFA-nın baş katibi Sərxan Hacıyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Həmin kateqoriyadan