- Baxış sayı: 50
- 19 Dekabr 2025 10:24

- Baxış sayı: 175
- Dekabr 19, 2025
- 0


“Qarabagh Game Center” və “MVP Sports” FİFA-2022 üzrə yeni turnir keçirmək barədə qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, 12-13 fevralda baş tutacaq yarışın əsas məqsədi, Azərbaycanda kiber idman sahələrinə marağı olan istedadlı gənclərə dəstək olmaq, geymerlərin təcrübəsini artırmaqdı.
Turnirin 1/64 seçim mərhələsi fevralın 12-si “Qarabagh Game Center”in Gənclik filialında baş tutacaq. Bütün oyunlar ev/səfər (2 oyun) sistemi ilə keçiriləcək. Günün sonunda 8 iştirakçı turnirin növbəti 1/4 mərhələsinə vəsiqə qazanacaqlar.
2-ci oyun günü – fevral ayının 13-də turnirin pley-off görüşləri keçiriləcək. Ümumi mükafat fondu 1000 manat təşkil edir. Qalib geymer 400 manat qazanacaq.