“FİFA arena” layihəsi çərçivəsində futbol meydançasının açılışı

“FİFA arena” layihəsi çərçivəsində 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, elm və təhsil naziri Emin Əmrullayev, Ukrayna futbol assosiasiyasının prezidenti Andriy Şevçenko, AFFA-nın, FİFA-nın, elm və təhsil nazirliyinin rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.

Rövşən Nəcəf, Emin Əmrullayev və Andriy Şevçenko çıxış edərək, layihənin önəmindən bəhs ediblər. Həmçinin FİFA prezidenti Canni İnfantino video müraciətlə layihənin uğurla həyata keçirilməsi ilə əlaqədar təbrikini çatdırıb.

AFFA dünyada “FİFA arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya 2 məktəbdə iki meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq. FİFA prezidentinin video müraciətində qeyd olunduğu kimi, AFFA uşaqların təhsili və futbolu təşviq etmək üçün təhlükəsiz məkanlara çıxışını təmin edəcək mühüm bir layihəni tamamlayıb.

Azərbaycan futbola böyük həvəsi olan ölkədir. Uşaqların oynamaq və inkişaf etmək üçün imkanlara ehtiyacları var. Bir sözlə, belə layihələr təkcə meydançaların tikilməsinə deyil, bütün oğlan və qızlar üçün fürsət yaratmağa xidmət edir.

Həmin kateqoriyadan