- Baxış sayı: 23
- 26 Mart 2026 10:33
- Baxış sayı: 218
- Mart 25, 2026
- 0

“Bavariya” müdafiəçisi Alfonso Devisin zədəsinə görə FİFA-dan təzminat alacaq.
Allsport.az xəbər verir ki, kanadalı KONKAKAF millətlər liqasının üçüncü yer uğrunda oyununda ABŞ-a qarşı oynayarkən dizinin çarpaz bağı qoparmışdı.
FİFA-nın Kanada milli komandasında aldığı zədəyə görə kluba ödəyə biləcəyi maksimum təzminat 7,5 milyon avro təşkil edir. Məbləğ oyunçunun maaşından və onun sıradan çıxma müddətindən asılıdır.
Devis martın 26-da sağ dizindən əməliyyat olunub. Onun təxminən 6 ay sonra meydana qayıda biləcəyi gözlənilir.