- Baxış sayı: 31
- 22 Mart 2026 15:42
- Baxış sayı: 99
- Mart 22, 2026
- 0

Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
Allsport.az xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının yaxın şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FİFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.