- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsidə keçirilmiş “Krasnodar” (Rusiya) – “Birkirkara” (Malta) oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, Kubanda baş tutan görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İlk oyunda da səfərdə 3:0 qalib gəlmiş Rusiya təmsilçisi Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıb. Həmyerlimiz cavab görüşündə meydan sahiblərinin bir, qonaqların üç futbolçusuna sarı vərəqə göstərib. Azərbaycanlı referi 90+1-ci dəqiqədə maltalıların qapısına penalti də təyin edib. Lakin “Krasnodar”ın futbolçusu bu şansdan yararlana bilməyib.
Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, eləcə də 4-cü hakim Rauf Cabbarov kömək edib.