- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

FİFA Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun dünya çempionatının təsnifat matçında aldığı qırmızı vərəqəyə görə cəzası ilə bağlı qərar qəbul edib.
Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu İrlandiya ilə oyunda (0:2) rəqib müdafiəçisi Dara Oşinin kürəyinə dirsəklə vurduğu üçün meydandan qovulmuşdu.
FİFA-nın intizam komitəsi Ronaldunu 3 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Lakin bu cəzanın 2 oyunu şərti (sınaq müddəti) xarakter daşıyır.
Bununla da, Ronaldu artıq Ermənistanla oyunu (9:1) buraxaraq real diskvalifikasiya cəzasını çəkdiyindən, o, DÇ-2026-nın qrup mərhələsinin ilk matçında iştirak edə biləcək.