FİFA təqvimi açıqladı

FİFA qitələrarası kubokun təqvimini açıqlayıb.

Allsport.az xəbər verir ki, bazar günü (14 sentyabr) Misir “Piramids”i (CAF çempionlar liqasının qalibi) Yeni Zelandiyanın “Oklend” (OFK çempionlar Liqasının qalibi) klubu ilə qarşılaşacaq.

Qalib sentyabrın 23-də Ciddədə (Səudiyyə Ərəbistanı) “Əl Əhli” (AFC çempionlar liqasının qalibi) ilə qarşılaşacaq. Bu görüşdə Afrika-Asiya-Sakit Okean kuboku da oynanılacaq.

Dekabrın 10-da Meksikanın “Kruz Azul” komandası (KONKAKAF çempionlar kubokunun qalibi) noyabrın 29-da açıqlanacaq “Libertadores” kubokunun qalibi ilə qarşılaşacaq.

2 və 3-cü matçların qalibləri dekabrın 13-də finala vəsiqə uğrunda, 4-cü matçın qalibi isə PSJ (UEFA çempionlar liqasının qalibi) ilə qarşılaşacaq. Final dekabrın 17-nə təyin edilib.

Həmin kateqoriyadan