FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən görüşdə FİFA nümayəndəsi Stefanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər. 

Gənclər və idman nazirliyinin nümayəndəsi, hakimlər komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, premyer liqa və 1-ci divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. FİFA və UEFA nümayəndələri müvafiq olaraq intizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Həmin kateqoriyadan