- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

“Turan Tovuz” Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda “Kəpəz”i 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.
Allsport.az xəbər verir ki, qərb təmsilçisinin məşqçisi Ruslan Abışov qələbəni belə şərh edib:
“Öncə 5 mart – bədən tərbiyəsi və idman günü ilə əlaqədar bütün idmançıları, məşqçiləri, idmanla məşğul olan hər kəsi təbrik edirəm. İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol futbolçularda biraz arxayınçılıq yaratdı. Bu da oyuna öz təsirini göstərirdi. İkinci hissənin əvvəlində də erkən qol vurduq. Artıq ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda daha yaxşı epizodlar yarada bilərdik. Daha çox qol vura bilərdik. Artıq bu oyunu yaddan çıxarıb çempionat oyununa hazırlaşacağıq. Kubokda da hədəfimiz böyükdür. Finala qədər getmək istəyirik”.