- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 258
- Mart 05, 2026
- 0

Mayın 3-də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin yarımfinal oyunları keçirilib.
Allsport.az xəbər verir ki, yarımfinalın ilk qarşılaşmasında daxili işlər nazirliyi ilə ədliyyə nazirliyi üz-üzə gəlib. Görüş ədliyyə nazirliyinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal oyununda isə qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi Azərbaycan dövlət su ehtiyatları agentliyi üzərində 3:2 hesablı qələbə qazanıb.
Turnirə mayın 6-da Bakı tennis akademiyasında yekun vurulacaq. Üçüncü yer uğrunda qarşılaşmada daxili işlər nazirliyi ilə Azərbaycan dövlət su ehtiyatları agentliyi üz-üzə gələcək. Finalda isə ədliyyə nazirliyi ilə qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi qarşılaşacaqlar.