- Baxış sayı: 36
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Bu uğur təkcə mənim yox, bütün Azərbaycan xalqınındır. Tokioya Olimpiya Oyunlarının qızıl medalını qazanmaq üçün getmişdim. Amma qismət Allahdan. Bu günümüzə də şükür olsun. Bundan da pis ola bilərdi, hətta Vətənə medalsız qayıda bilərdim”.
Allsport.az saytı xəbər verir ki, bunu Tokio olimpiadasında gümüş medal qazanan karateçimiz Rəfael Ağayev bu gün Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanmada deyib. O, Paris-2024-də bu idman növünün proqrama daxil olunacağını hələ bilmədiyini qeyd edib:
“Tokioda Avropa karate federasiyasının prezidenti Antonio Espinosun bununla bağlı mətbuat konfransı oldu. O, Paris-2024-də karate yarışının keçirilməsi üçün, böyük addımlar atılacağını qeyd etdi. Allah qoysa, orada da çıxış etmək istəyirəm. 3 ay sonra dünya çempionatı baş tutacaq. Özümü yaxşı hiss edirəm. Dünya çempionatında mübarizə aparacağam.
Tokio-2020-də heç bir rəqibimi aşağılamaq istəmirəm, finalda məğlub olduğum rəqibimə revanş gözü ilə baxmıram. Bizim onunla görüşlərimizdə 11 dəfə mən, 5 dəfə isə o qalib gəlib. Bu, revanş sayılmır. Amma bu günə qədər o tatamidə rəqibim idisə, bundan sonra düşmənimdir”.