“Finalissima” ləğv edildi

UEFA və KONMEBOL-un birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan “Finalissima” matçı ləğv edilib.

Allsport.az xəbər verir ki, Avropa çempionu İspaniya ilə Amerika kubokunun qalibi Argentina arasındakı qarşılaşma baş tutmayacaq.

Əvvəlcə martın sonunda Qətərdə keçirilməsi nəzərdə tutulan oyun yaxın şərqdə hərbi münaqişənin kəskinləşməsi səbəbindən təxirə salınmışdı. Lakin tərəflər yeni məkan və zaman barədə ortaq məxrəcə gələ bilməyiblər. Belə ki, Argentina tərəfi oyunun Madriddəki “Santiayo Bernabeu” stadionunda keçirilməsi təklifini rədd edib. Həmçinin, matçın həm Madrid, həm də Buenos-Ayresdə iki oyunluq sistemlə keçirilməsi və ya Avropada alternativ stadion tapılması cəhdləri də nəticəsiz qalıb.

Həmin kateqoriyadan