“Financial Times”da Avropa Oyunları haqqında məqalə dərc edilib

Böyük Britaniyanın “Financial Times” qəzetində iyunda Bakıda keçiriləcək I Avropa Oyunları haqqında məqalə dərc edilib. Allsport.az xəbər verir ki, məqalə müəllifi Cek Farçi yazır ki, Azərbaycanın Oyunlara hazırlaşmaq üçün cəmi 3 il vaxtı olub: “Adətən belə qlobal tədbirlərə 7 il vaxt lazım olur. Lakin ölkə işin öhdəsindən uğurla gəlir”.

Məqalədə deyilir ki, Azərbaycan meqa-layihələri birinci dəfə qəbul etmir, amma Avropa Oyunları bütün əvvəlki layihələri üstələyir: “Hökumət Azərbaycanın dünya arenasında “yumşaq gücü”nün irəliləməsi üçün Oyunlara, ümumiyyətlə, idmanın daha geniş strategiya kimi istifadəsinə birinci addım kimi baxır”.

C.Farçi bildirir ki, Avropa Oyunlarından sonra ölkədə gələn il “Formula-1” Qran-pri yarışları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bəzi oyunları keçiriləcək. Bundan başqa, Bakı Olimpiada-2024-ə ev sahibliyi etmək üçün sifariş ərizəsi təqdim edəcək.

Məqalədə deyilir: “Oyunların baş əməliyyat direktoru Saymon Kleq qeyd edib ki, Avropa Oyunları Azərbaycan üçün böyük hadisə olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs О’Kallaqan təşkilatçıların Avropa Oyunlarının 11 idman növü üzrə yarışları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiada üçün təsnifat oyunları edə bilmələrinin vacibliyini vurğulayıb. Bu o deməkdir ki, idmançıların Avropa Oyunlarında iştirak etməyə motivasiyası olacaq”.

Müəllif yazır ki, Təşkilat Komitəsi Oyunlarda könüllü işləmək istəyənlərdən artıq 29 min sifariş alıb.

Həmin kateqoriyadan