- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Paolo Vanoli “Fiorentina”nın yeni baş məşqçisi təyin olunacaq. Allsport.az xəbər verir ki, klub 53 yaşlı italiyalı mütəxəssislə razılığa gəlib.
O, bu həftənin əvvəlində istefaya göndərilən Stefano Piolini əvəz edəcək.
Cari mövsüm “A” seriyasının 10 turundan sonra “Fiorentina” cədvəlinin sonuncu pilləsində qərarlaşıb və cəmi 4 xala malikdir. Piolinin rəhbərliyi altında komanda 10 oyunda qələbə qazana bilməyib (4 heç-heçə, 6 məğlubiyyət).
Vanolinin son iş yeri 2024/25 mövsümündə çalışdırdığı “Torino” klubu olub. O, komandanı İtaliya çempionatında 11-ci yerə çıxarmışdı.